Üç il öncə Quba rayonunda baş verən güclü yanğın sahibkarların tamamilə müflis olması ilə nəticələnib.
Yanğınla bağlı aparılan məhkəmə prosesi ikinci instansiyada yekunlaşmaq üzrədir. Fövqəladə Hallar Nazirliyində aparılan araşdırma zamanı istintaq belə qənaətə gəlib ki, hadisə yanğın təhlükəsizliyi qaydalarının Quba Elektrik Şəbəkəsinin baş mühəndisi Kamran Babayev tərəfindən pozulması nəticəsində baş verib. K.Babayevə Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq; ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham verilsə də, Quba Rayon Məhkəməsi isə işə xitam verib. Hazırda yanan ticarət mərkəzinin sahibi Mövlud Əliyevin apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Elman Rəhimovun sədrliyi ilə baxılır.
Sahibkar Mövlud Əliyev müraciətində bildirib ki, artıq 3 ildir istintaq və məhkəmə prosesinin uzadılması ona dəyən zərərin ödənilməməsinə səbəb olub və qarşılaşdığı problemlərdən dolayı yaşadığı stressdən sonra infarkt keçirib: “Bizim mağazamız yanıb, hər şey məhv olub. Obyektimizi yandıran Kamran Babayev (Quba rayon Elektrik Şəbəkəsinin baş mühəndisi) təqsirləndirilsə də, cəzalandırılmır. Təqsirləndirilən Kamran Babayev istintaqda özünü təqsirli bildiyini deyib. Onun səhlənkarlığı, işini qanuna uyğun formada görməməsi nəticəsində bizim bütün mağazamız, məhsullarımız yanıb, həyatımız məhv olub”.
Zərərçəkmiş Mövlud Əliyev ictimaiyyətə müraciətində qeyd edib ki, hazırda işə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Rəhimovun sədrliyi ilə baxılır və proses yekunlaşmaq üzrədir: “Təqsirləndirilən tərəf son 3-4 prosesdə gəlib hər iclası bir bəhanə ilə təxirə saldırır, növbəti iclasda da heç bir əsas gətirmir. Azərbaycanda Prezident İlham Əliyevin başçılığı ilə aparılan uğurlu siyasət sahibkalığın inkişafı, sahibkarların əsassız yerə incidilməməsinə yönəlib və biz də öz fəaliyyətimizdə bu dəstək siyasətini hiss edirdik. Amma bu sonuncu prosesdə gördüm ki, bəzi şəxslərin bilərəkdən süründürməçiliklə sahibkarların məhv edilməsinə rəvac verirlər. İndi artıq söz hakim Elman Rəhimovdadır. Mən inanıram ki, hakim Elman Rəhimov Prezidentin sahibkarlığa dəstək siyasətini davam etdirəcək”.
Qeyd edək ki, hadisə 2020-ci ildə Qubada baş verib. Sahibkar Mövlud Əliyev hadisənin “Azərişıq” əməkdaşlarının məsuliyyətsizliyi ucbatından baş verdiyini deyir. O qeyd edir ki, obyektin üstündən keçən elektrik naqilləri qırılıb düşdüyü üçün mağaza yanıb. Ona 75 min manatlıq ziyan dəyib.
Den.az
“İnanıram ki, hakim Elman Rəhimov Prezidentin sahibkarlığa dəstək siyasətini davam etdirəcək” - Sahibkar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.