14 
dek
2023
23:44
445

“Qarabağ” Avropa Liqasının 1/16 finalında! - Yenilənib

14 dek, 2023
23:44
445

“Qarabağ” Avropa Liqasının 1/16 finalında! - Yenilənib

“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində sonuncu matçına çıxacaq. “Den.az” xəbər verir ki, Azərbaycan çempionu doğma meydanda İsveçin “Hekken” komandası ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Azərbaycan təmsilçisinin tarixinə düşə bilər. İlk dəfə ölkəmizin təmsilçisi Avropa Liqasında 1/16 final mərhələsinə vəsiqə qazanar.
“Qarabağ” səfərdə 1:0 hesabıyla məğlub etdiyi bu rəqibə doğma meydanda da qalib gəlməlidir. Əks halda təmsilçimiz Avroliqanı tərk edib, mübarizəni Konfrans Liqasında davam etdirə bilər.
Bu gün qrupun digər oyununda Norveç “Molde”si əvvəlki bütün oyunlarından qalib ayrılmış lider “Bayer”lə (Almaniya) üz-üzə gələcək. “Qarabağ” məğlub olacağı halda, “Molde”nin də Almaniyada xal itirməsini arzulayacaq.
Avropa Liqası
H qrupu, 6-cı tur
14 dekabr
21:45. “Qarabağ” – “Hekken”
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Xal: Bayer – 15. Qarabağ – 7. Molde – 7. Hakken – 0.
***
“Qarabağ”ın start heyəti açıqlanıb:
99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 6. Julio Romao, 8, Marko Yankoviç, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olavio Juninyo
***
Matç başladı
***
Təmsilçimiz 44-cü saniyədə hesab açır. Leandro Andrade fərqlənir.
***
“Qarabağ”dan ikinci qol, 45+3-cü dəqiqədə Yassin Benzia fərqləndi.

***
55-ci dəqiqədə Marko Veşoviç rəqibinə qarşı kobud oynayır. Hakim onun bu qayda pozuntusunu qırmızı vərəqə kimi qiymətləndirir və futbolçunu oyundan kənarlaşdırır.
***
90+4-cü dəqiqədə “Hekken” hesab arasında fərqi azaldır. Bədavi Hüseynov avtoqol müəllifi olur.
***
Matç başa çatdı. Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Avroliqanın 1/16 final mərhələsinə adlayır.


Bizimlə əlaqə saxlayın

Çox oxunanlar