noy
2023
23:44
420

Avropa Liqası: “Qarabağ” son dəqiqələrdə buraxdığı qolla “Bayer 04”ə məğlub olub - YENİLƏNİB-5

9 noy, 2023
23:44
420

Avropa Liqası: “Qarabağ” son dəqiqələrdə buraxdığı qolla “Bayer 04”ə məğlub olub - YENİLƏNİB-5

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
“Den.az”ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv IV turda Almaniyanın “Bayer 04” klubunu qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. “Qarabağ” güclü rəqibi ilə başabaş mübarizə apardığı matçın yalnız 90+4-cü dəqiqəsində qol buraxıb. İngiltərəli baş hakim Kreyq Pousonun təyin etdiyi penaltini Viktor Bonifeys dəqiq yerinə yetirərək, komandasına 1:0 hesablı qələbə qazandırıb.
Bu qalibiyyət sayəsində xallarının sayını 12-yə çatdıran “Bayer 04” növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib. “Qarabağ” isə 6 xalla ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ” yer aldığı H qrupunda növbəti matçını noyabrın 30-da Norveçdə yerli “Molde”yə qarşı keçirəcək.
23:35
“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda hesab açılıb.
“Den.az”ın məlumatına görə, 90+4-cü dəqiqədə qonaqlar fərqləniblər.
Leverkuzen təmsilçisinin heyətində Viktor Bonifeys penaltini dəqiq yerinə yetirərək, adını tabloya yazdırıb.

********************

“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyununda fasilə başa çatıb.
“Den.az”ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə ikinci hissə başlayıb.
Hazırda hesab 0:0-dır.
22:31
“Qarabağ” və Almaniyanın “Bayer 04” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununda birinci hissə başa çatıb.
“Den.az”ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə komandalar fasiləyə yollanıblar.
İlk hissədə qapılara qol vurulmayıb.

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində IV görüşünü keçirəcək.

Den.az
xəbər verir ki, H qrupunda yer alan ölkə çempionu doğma azarkeşləri önündə Leverkuzen “Bayer”ini qəbul edəcək. Almaniya təmsilçisi qrupda liderdir və bütün matçları qələbə ilə başa vurub. Ağdam kollektivi avrokuboklarda son matçını məhz bu komandaya qarşı keçirib və səfərdə 1:5 hesabı ilə məğlub olub.

“Bayer” cari mövsüm Bundesliqada da 10 matça topladığı 28 xalla ilk pillədə qərarlaşıb. Kollektiv yoluna məğlubiyyətsiz davam edir. “Köhlən atlar” isə Azərbaycan Premyer Liqasında 12 turdan sonra 23 xal toplayıb və 2-ci yerdədir

Qeyd edək ki, qrupun digər qarşılaşmasında İsveç “Hekken”i ilə Norveç kollektivi “Molde” üz-üzə gələcək.

UEFA Avropa Liqası, qrup mərhələsi

IV tur

21:45. “Qarabağ” (Azərbaycan) - “Bayer 04” (Almaniya)

Baş hakim: Kreyq Pouson (İngiltərə)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar