12 
fev
2024
21:38
220

Sumqayıtda cəsədi tapılan kişi ÖLDÜRÜLÜB? QARDAŞI DANIŞDI-VİDEO

12 fev, 2024
21:38
220

Sumqayıtda cəsədi tapılan kişi ÖLDÜRÜLÜB? QARDAŞI DANIŞDI-VİDEO

Sumqayıtda itkin düşən şəxsin meyiti tapılıb.

Denaz.Tv xəbər verir ki, fevralın 4-də itkin düşdüyü bildirilən 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun meyiti Ceyranbatan bağları ərazisində kanalda aşkarlanıb.

Ailə, meyitin üzərində zorakılıq ,xəsarət izləri olduğunu bildirir və onun öldürülüb əraziyə atıldığını iddia edir.


Qeyd edək ki, Rüfət Abdullayevin itkin düşməsi barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sumqayıt sakini Rəvan Abdullayev 04.02.2024-cü il tarixində polisə məlumat verərək qardaşı 1976-cı il təvəllüdlü Abdullayev Rüfət Sovet oğlunun “BTZ” bağları ərazisində yerləşən kafelərdən birindən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar