25 
fev
2024
01:12
226

Azərbaycanlı Ərdoğanın kibrit çöpündən maketini hazırladı - FOTO/VİDEO

25 fev, 2024
01:12
226

Azərbaycanlı Ərdoğanın kibrit çöpündən maketini hazırladı - FOTO/VİDEO

Gəncədə ticarətlə məşğul olan və ixtisasca həkim olan Aftandil Məlikov kibrit  çöpündən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın maketini hazırlayıb.

"Den.az"
xəbər verir ki, Aftandil Məlikov illərdir ki,əsasən kibrit çöplərindən müxtəlif maketlər hazırlayaraq diqqəti sənətinə yönəldir.O, bu sənətlə 2001-ci ildən məşğul olur.Özünün dediyinə.görə bu sahədə ustadı olmayıb.Aftandil Məlikov bəzən bir neçə il müddətində ərsəyə gələn əl işlərini böyük səbr və zəhmətlə həyata keçirir.Dahi şair Nizami Gəncəvinin və Gəncə xanı Cavad xanın maketləri ona şöhrət qazandırıb..

Müsahibimiz Türkiyə prezidentinin kartondan hazırlanması işinə 2016-cı ilin oktyabrında başlayıb.Bir neçə illik fəaliyyətdən sonra 2021-ci ilin noyabrında sənət əsəri ərsəyə gəlib.Onun sözlərinə bu əl işinin hazırlanmasına 1100 karton sərf olunub.Bundan başqa 170 kq yapışqanlı maddə,500 000 ədəd kibrit çöpü işlənib.Aftandil Məlikovun istəyi əl işinin cənab Ərdoğana hədiyyə edilməsidir.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar