Abşeron-Xızı Regional Təhsil idarəsinin tabeliyində olan Abşeron rayon məktəblərində Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.
Den.az xəbər verir ki, təşkil olunan tədbirlərdə məktəbin və müəllim kollektivi iştirak ediblər. Xocalı soyqırımının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirib ki, tarixən Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirən erməni millətçiləri 1992-ci ilin fevralında öz vəhşi simalarını bir daha nümayiş etdirərək dinc əhaliyə divan tutublar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və hərbi texnikasının köməyi ilə Xocalıda soyqırımı həyata keçirib. Soyqırımı nəticəsində 613 nəfər şəhid olub, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər əsir götürülüb.
Vurğulanıb ki, soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının böyük rolu olub. Artıq 10-dək ölkə və ABŞ-ın 15-dən çox ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyan qətnamələr qəbul edib.
Tədbirdə Prezident İlham Əliyevin apardığı siyasət sayəsində torpaqlarımızın işğaldan azad ediləcəyinə, şəhidlərimizin ruhunun rahatlıq tapacağına inam ifadə olunub.
Məktəblilərin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, qəhrəmanlıq və vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.
XIRDALAN ŞƏHƏR 1 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
XIRDALAN ŞƏHƏR 5 NÖMRƏLİ TAM ORTA MƏKTƏB XIRDALAN ŞƏHƏR 7 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
XIRDALAN ŞƏHƏR 8 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
AŞAĞI GÜZDƏK TAM ORTA MƏKTƏB
SARAY QƏSƏBƏ 2 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
FATMAYI KƏND TAM ORTA MƏKTƏB
NOVXANI KƏND 1 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
MASAZIR KƏND 3 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
QOBU KƏND 3 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
MASAZIR KƏND 2 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
SARAY QƏSƏBƏ 3 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
GÜZDƏK QƏSƏBƏ TAM ORTA MƏKTƏB
MEHDİABAD QƏSƏBƏ 2 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
MƏMMƏDLİ KƏND TAM ORTA MƏKTƏB
MEHDİABAD QƏSƏBƏ 4 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
DİGAH QƏSƏBƏ TAM ORTA MƏKTƏB
QOBU QƏSƏBƏ 1 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
SARAY QƏSƏBƏ 2 NÖMRƏLİ TAM ORTA MƏKTƏB
Abşeron məktəblərində Xocalı soyqırımının 32-ci ildönümü qeyd olunub-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.