31 
mar
2024
16:09
1 176

Novxanı kənd 2 nömrəli tam orta məktəbdə şagirdlər 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü belə andılar-FOTOLAR

31 mar, 2024
16:09
1 176

Novxanı kənd 2 nömrəli tam orta məktəbdə şagirdlər 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününü belə andılar-FOTOLAR

Azərbaycan xalqına qarşı törədilmiş və uzun illər boyu öz siyasi-hüquqi qiymətini almamış 31 Mart Soyqırımı tariximizin faciəli səhifələrindən biridir. Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmir və digər ərazilərdə erməni daşnaklarının və onların havadarlarının silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı nəticəsində on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir müddətdə soyqırımı siyasəti həyata keçirilmişdir.Azərbaycalıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə bu ərazilərdə mifik “böyük Ermənistan” yaratmaq məqsədi ilə Azərbaycan və türk xalqları onilliklər boyu müntəzəm surətdə ermənilərin ideoloji və hərbi təcavüzünə məruz qalmışlar. Xalqımızın çoxəsrlik tarixi kobudcasına saxtalaşdırılmış, mədəniyyət abidələrimiz, toponimlərimiz ermənilər tərəfindən özününküləşdirilmişdir. Soyqırımı siyasəti müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirilmiş, kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunmuşdur.

"Den.az" xəbər verir ki, bu gün ölkəmizdə və dünyanın müxtəlif yerlərində 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbirlər və anım mərasimləri keçirilir. Eyni zamanda, məktəblərdə də bu gün yad edilir, tariximizin qanlı səhifəsi barədə məlumatlar gələcəyimiz olan şagirdlərə çatdırılır.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Novxanı kənd 2 nömrəli tam orta məktəbin ingilis-dili müəllimi Tünzalə Abbaszadənin təşkilatçılığı ilə məktəbin 6b sinif şagirdləri  31 Mart Soyqrım qurbanlarının xatirəsi yad ediblər.

Anım günündə bildirilib ki, bu gün gəncləri vətənpərvər edən onun tarixidir. Tariximizə yazılan şərəfli səhifələri və soyqırımı günlərini hər bir Azərbaycan gənci dərindən bilməlidir. Çünki biz bu günlərə od-alov içərisindən çıxaraq gəlmişik. Azərbaycan öz müstəqilliyini min bir əziyyətlə qazanıb. Tarixi faktlar məktəblərdə diqqətli şəkildə tədris olunmalıdır ki, gənclərimiz bu hadisələrdən nəticə çıxara bilsinlər.

Soyqırım qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik.

Şahnaz Əliyeva
Den.az








Bizimlə əlaqə saxlayın

Çox oxunanlar