Türkiyədə məktəb direktoru işləyən ata oğlu ilə avtobusda yaşlı cütlüyü döyüb.
“Den.az” xəbər verir ki, bununla bağlı görüntülər Türkiyə mətbuatında yayılıb.
Məlumata görə, hadisə ötən il dekabrın 15-də baş verib. Lakin avtobusun təhlükəsizlik kameralarında əks olunan görüntülər ötən gün ictimailəşib.
Bildirilib ki, məktəb direktoru işləyən İ.T. və 17 yaşlı oğlu görmə məhdudiyyətli 71 yaşlı kişini və onun yoldaşını döyüblər. Hadisə kiçik münaqişə
nəticəsində baş verib.
Həmin gün cütlüyü döyən hər iki şəxs saxlanılıb, sonra isə həbs olunub.
Müzakirələrə səbəb olan həmin görüntüləri təqdim edirik:
Türkiyədə məktəb direktoru oğlu ilə yaşlı ər-arvadı döyüb - Video

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.