14 
apr
2024
23:46
483

İranın gecə əməliyyatından çıxan nəticələr: "Bir daha sübut olundu ki..."

14 apr, 2024
23:46
483

İranın gecə əməliyyatından çıxan nəticələr: "Bir daha sübut olundu ki..."

İranın İsrailə hücumu bir çox siyasi analitiklər tərəfindən müxtəlif aspektlərdən şərh olunur. Bir çoxları bu hücumların lokal xarakterli olacağını, digərləri hücumların qarşılıqlı xarakter alacağını və Üçüncü Dünya Müharibəsinə yol açacağını vurğulayır. 

Mövzunu "Den.az"a şərh edən politoloq Şahin Cəfərli İranın gecə əməliyyatından çıxarılacaq nəticələr haqda danışıb:

1. Bir daha sübut olundu ki, İran hansısa dini fanatiklər tərəfindən yox, tamamilə praqmatik və ayıq hesablamalarla hərəkət edən zehniyyət tərfindən idarə olunur.

2. İran hərbi gücünü nə qədər artırsa da, hələ ki İsraillə savaşda onu üstələyəcək qüdrətə çatmayıb. İran və ABŞ-ın bu sahədə müqayisəsi isə gərəksiz və gülünc işdir.

3. ABŞ Ukraynaya hərbi dəstək siyasətində öz imkanlarının çox-çox altında addımlar atır. ABŞ nəinki Ukrayna ordusunun atəş gücünü yüksəldəcək silahlar, hətta sırf müdafiə xarakterli sistemləri belə Ukraynaya verməkdən imtina edir. Rusiyanın Ukraynada məğlub edilməsi üçün əlində bütün imkanlar olduğu halda, ABŞ bir çox səbəbdən hələ ki belə bir nəticədə maraqlı deyil. Ukraynada guya NATO-Rusiya müharibəsi getdiyi barədə fikirlər tamamilə uydurmadır. İki ildən çoxdur kənardan aldığı cüzi yardımlarla müqavimət göstərən Ukrayna ilə bacarmayan Rusiyanın konvensional hərb sahəsində NATO-nun qarşısında dayanacaq gücü və potensialı yoxdur.

Günəş Fərəh,
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar