Prezident səlahiyyətlərini müvəqqəti icra edən Məhəmməd Mohber daxil olmaqla, İranda hökumətinin icra, qanunverici və məhkəmə hakimiyyətlərinin başçıları iyunun 28-də keçiriləcək prezident seçkilərinə həsr olunmuş iclas keçiriblər.
Den.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, Məhəmməd Mohber, parlamentin spikeri Məhəmməd Baqer Qalibaf və məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni Ecei prezident seçkilərinə hazırlıqla bağlı müzakirə aparıblar.
Daxili işlər naziri Əhməd Vahidi də iclasda iştirak edib. Daxili İşlər Nazirliyinə seçkilərdə lazımi fəallığın təmin edilməsi yönündə tədbirlər görmək tapşırılıb.
İranda prezident seçkilərinə hazırlıq BAŞLAYIR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.