İtaliyada müşahidə edilən anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 14 şəhər üçün “qırmızı” xəbərdarlıq elan olunub.
Den.az xəbər verir ki, Səhiyyə Nazirliyi Roma, Bolzano, Breşia, Kampobasso, Florensiya, Frozinone, Genuya, Latina, Neapol, Palermo, Peruccia, Rieti, Verona və Viterbo şəhərlərində yüksək risk xəbərdarlığı edib. Əhaliyə istilərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edən nazirlik vətəndaşları gün ərzində saat 11:00-18:00 arası yüksək temperatura məruz qalmamağa çağırıb.
Bazar ertəsi günündən başlayaraq çərşənbə axşamına qədər paytaxt Romada havanın temperaturunun 40 dərəcəni ötəcəyi, bəzi regionlarda isə 45-48 dərəcəyə çatacağı gözlənilir.
Mütəxəssislər Mərkəzi-Cənubi Avropa üzərindəki antisiklondan qaynaqlanan anomal istilərin avqustun 15-dək davam edəcəyini bildiriblər.
Qızmar isti: 14 şəhərdə qırmızı xəbərdarlıq elan edildi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.