Rusiyada müstəntiqlər dünən Volqoqrad vilayətində qiyam baş verən cəzaçəkmə müəssisəsinin əməkdaşlarını dindirməyə başlayıb.
“Den.az” xəbər verir ki, bu barədə məlumatı ölkənin hüquq-mühafizə orqanlarında mənbəyə istinadən TASS yayıb.
Bildirilir ki, insidentdən sonra sözügedən həbsxanada əməliyyat-istintaq qrupu fəaliyyət göstərir. Həmçinin qeyd olunub ki, işçilərlə yanaşı məhbuslar da dindirilir.
Mənbənin sözlərinə görə, cəzaçəkmə müəssisəsinə qadağan olunmuş təşkilatların bayraqlarının necə gətirilməsi, məhbusların bıçaq, qayçı, mobil telefon, partlayıcı qurğu üçün komponentləri necə əldə etməsi araşdırılır.
Xatırladaq ki, avqustun 23-də Volqoqradda ciddi rejimli cəzaçəkmə müəssisəsində dörd məhbus həbsxananın əməkdaşlarını girov götürüb.
Məhbuslardan ikisinin Özbəkistan, ikisinin isə Tacikistan vətəndaşı olduğu məlum olub. İnsident zamanı həbsxananın 4 əməkdaşı həlak olub. Hadisəni törədən 4 məhbus zərərsizləşdirilib, girovlar azad edilib. Rusiya Prezidenti Vladimir Putin insidentlə bağlı iclas keçirib.
Rusiyada qiyam baş verən həbsxananın işçiləri dindirilir

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.