Kikboksinq üzrə keçmiş məşqçi S. Murtazəliyev, eləcə də 2015-ci ildə qanunla bağlı problemlərə görə ölkəni tərk etmiş Əhməd Əhmədov Kiyevdə keçirilən “Qafqaz Xalqlarının Konfransı”nda çıxış ediblər. Onlar Zelenskini dəstəkləyərək Rusiyanı “Qafqaz xalqlarının işğalçısı” adlandırıblar.
Den.az xəbər verir ki, konfransda Əhməd Əhmədov Dağıstan Xalqları Konqresinin prezidenti kimi təqdim olunub. O, dağıstanlıları aktiv şəkildə Ukraynanın tərəfində döyüşməyə çağırıb və özünün də Rusiyaya qarşı vuruşduğunu etiraf edib.
Əhmədov Ukrayna ərazisinə qaçdıqdan sonra dəfələrlə ukraynalı millətçilərin “Youtube” kanallarında çıxış edib və Dağıstanı Rusiya tərəfindən işğal olunmuş ərazi kimi təqdim edib.
Qeyd edək ki, Əhməd Əhmədov Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur. Bu maddələr arasında dövlət vəsaitinin oğurlanması, saxtakarlıq, etibardan sui-istifadə və təcavüz yer alıb.
Günəş Fərəh
Den.az
Onlar Zelenskini dəstəkləyərək Rusiyanı “Qafqaz xalqlarının işğalçısı” adlandırdılar

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.