apr
2024
18:37
79

Əhməd təkrar müayinədən keçiriləcək

8 apr, 2024
18:37
79

Əhməd təkrar müayinədən keçiriləcək

Ailəsinin 5 üzvünü qəsdən öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov təkrar müayinədən keçiriləcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Den.az”-a bildirilib ki, istintaq orqanı tərəfindən Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel tarixində təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

Qeyd edək ki, Əhməd barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel tarixli ilkin rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar