iyl
2023
11:45
169

Çikaqoda atışma, ölən və yaralılar var

2 iyl, 2023
11:45
169

Çikaqoda atışma, ölən və yaralılar var

ABŞ-ın Çikaqo şəhərində baş verən atışmada bir nəfər ölüb, üç nəfər yaralanıb.
Den.az xarici mətbuata istinadən xəbər verir ki, avtomobildə olan şəxslər yolun kənarında dayanan dörd nəfərə atəş açıblar.
Polisin bildirdiyinə görə, omba nahiyəsindən güllə yarası alan 23 yaşlı gənc ağır vəziyyətdə Çikaqo Universitetinin Tibb Mərkəzinə aparılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, gənc xəstəxanada keçinib. Digər üç nəfərin vəziyyəti yaxşıdır. Şəhər polisi faktla bağlı araşdırma aparır.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar