Konqonun paytaxtı Kinşasada bir neçə yüz etirazçı küçələrə çıxaraq Fransa səfirliyinin hasarının bir hissəsini, Belçika səfirliyinin girişini yandırıb, Uqanda səfirliyini isə qarət edib.
Den.az xəbər verir ki, bu barədə X hesabında paylaşım edən Fransa xarici işlər naziri Jan-Noel Barro təhlükəsizliyi təmin etmək üçün bütün tədbirlərin görüldüyünü bildirib.
Hadisə ilə bağlı Konqo Baş nazirinin müavini Jakmin Şabani yerli radio vasitəsilə səfirliklərə yaxın şəxsləri də hədəf alan iğtişaşlar və talan halları qarşısında sakit və təmkinli olmağa çağırıb. Etirazçılar Konqonun Ruanda tərəfindən M23 üsyançı qrupu (23 Mart Hərəkatı) vasitəsilə gördüyü aqressiya qarşısında bu dövlətlərin susqunluğunu pisləyiblər.
Günəş Fərəh
Den.az
Fransanın Konqodakı səfirliyi yandırıldı

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.