“Rossiya Seqodnya” media qrupunun və “RT”nin baş redaktoru Marqarita Simonyan amerikalı ekspert, telekanalın sənədli filmlərinin müəllifi və “Sputnik”in daimi şərhçisi Skott Bennetin Ukrayna hadisələri ilə bağlı həqiqəti söylədiyi üçün öldürüldüyü iddiasını irəli sürüb.
Den.az xəbər verir ki, Simonyan bu barədə X sosial şəbəkəsində yazıb.
“Tamamilə mümkündür ki, Skott Bennet Ukraynadakı münaqişə ilə bağlı həqiqəti söylədiyi üçün öldürülüb. O, Ukrayna ordusunu və ABŞ hökumətini pisləyən sənədli filmlər çəkib. 2024-cü ilin yazında Putinə Rusiya vətəndaşlığı verilməsi xahişi ilə müraciət edib. Bennet ən yaxşı hərbi ekspertlərdən biri olub. Bennet Kiyev rejiminin Belqorod vilayətində törətdiyi cinayətlər barədə ABŞ Konqresinə hesabat göndərdikdən sonra, öz dostlarına həyatı üçün təhlükə yarana biləcəyini deyib. O, səhhətindən şikayət etməyib”, – deyə Simonyan vurğulayıb.
Qeyd edək ki, ABŞ hərbi kəşfiyyatının təqaüdçü zabiti və psixoloji müharibə analitiki Skott Bennet 46 yaşında Kaliforniyada vəfat edib. Həkimlərin ilkin məlumatına görə, o, qaraciyər xərçəngindən dünyasını dəyişib.
Günəş Fərəh
Den.az
"Skott Bennet Ukraynadakı münaqişə ilə bağlı həqiqəti söylədiyi üçün öldürülüb" - Simonyan

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.