14 
apr
2024
03:00
311

BU QƏBULEDİLMƏZDİR: İranın İsrailə hücumuna dünyadan reaksiya gəldi

14 apr, 2024
03:00
311

BU QƏBULEDİLMƏZDİR: İranın İsrailə hücumuna dünyadan reaksiya gəldi

İranın İsrailə hücumundan sonra dünyanın hər yerindən reaksiyalar gəlməkdə davam edir.

“Den.az” xəbər verir ki, Ağ Ev məsələ ilə bağlı bəyanatla çıxış edib.

İngiltərə, Fransa və Hollandiya və Aİ isə hücumu pisləyib.
Böyük Britaniya
Britaniyanın Baş naziri Rişi Sunak “X” hesabında paylaşım edib:
“İran rejiminin İsrailə qarşı düşünmədən hücumunu ən sərt şəkildə qınayıram. İran bir daha göstərdi ki, öz həyətinə xaos toxumu səpmək niyyətindədir”.
Sunak İngiltərənin İordaniya və İraq, eləcə də İsrail də daxil olmaqla bütün regional tərəfdaşlarının təhlükəsizliyini müdafiə etməyə davam edəcəyini vurğulayıb:
“Vəziyyəti sabitləşdirmək və gərginliyin daha da artmasının qarşısını almaq üçün müttəfiqlərimizlə təcili olaraq işləyirik. Heç kim daha çox qan tökülməsini istəmir”.
Fransa
Fransanın XİN başçısı Stefan Sejurne “X”də verdiyi açıqlamada, İranın bölgədə hərbi gərginliyi artırma riskini götürdüyünü bildirib.
O, Fransanın İsrailin təhlükəsizliyinə sadiqliyini və bu ölkə ilə həmrəy olduğunu bir daha bəyan edib.
Hollandiya
Hollandiya müvəqqəti hökumətinin Baş naziri Mark Rutte, sosial media hesabında Yaxın Şərqdəki vəziyyətin çox narahat olduğunu bildirib:
“Hollandiya İranın İsrailə hücumlarını şiddətlə qınayır. Hadisələrin daha da genişlənməsinin qarşısı alınmalıdır. Biz indicə Hollandiyanın müdafiə naziri və xarici işlər naziri ilə son vəziyyətlə bağlı əlaqə saxladıq. Hadisələri yaxından izləməyə davam edirik”.
Avropa İttifaqı
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-nin də İranın İsrailə qarşı hücumlarını kəskin şəkildə pislədiyini bəyan edib:
“Aİ İranın İsrailə qarşı qəbuledilməz hücumunu qətiyyətlə pisləyir. Bu, görünməmiş gərginlik və regional təhlükəsizliyə ciddi təhdiddir”.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar