Yəmən husiləri Təl-Əvivdəki hərbi obyektə yeni raket hücumu həyata keçirib.
Den.az xəbər verir ki, bu barədə Yəmən mediası məlumat yayıb.
Husi ordusunun sözçüsü, briqada generalı Yahya Sariya verdiyi açıqlamada, hücumun “Fələstin 2” adlı hipersəs ballistik raketi ilə həyata keçirildiyini təsdiqləyib. O, əməliyyatın uğurlu keçdiyini bildirib.
Briqada generalı əlavə edib ki, İsrailin təcavüzü dayandırılana və blokada qaldırılana qədər Qəzzada yeni hərbi əməliyyatlar davam etdiriləcək. Husilər Fələstin xalqının maraqlarını axıra qədər müdafiə edəcəklər.
Günəş Fərəh
Den.az
Yəmən husiləri Təl-Əvivdəki hərbi obyektə yeni raket hücumu həyata keçirib

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.