“ABŞ Hindistanla mülki nüvə tərəfdaşlığı qarşısında mövcud olan maneələri aradan qaldıracaq”.
Den.az xəbər verir ki, bunu Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Birləşmiş Ştatlar Hindistanın aparıcı nüvə qurumları ilə ABŞ şirkətləri arasında mülki nüvə əməkdaşlığına mane olan uzunmüddətli sanksiyaları aradan qaldırmaq üçün lazımi addımlar atır. Rəsmi addımlar tezliklə tamamlanacaq. Bu, keçmişdə yaranan bəzi problemləri aradan qaldırmaq imkanı verəcək. Hindistan şirkətləri ABŞ-ın özəl sektoru, elm adamları və texnoloqları ilə birgə əməkdaşlıq üçün sıx işləməyə başlayacaqlar. Mülki nüvə enerjisi sahəsində əməkdaşlığı inkişaf etdirmək vacibdir”, – deyə Sallivan vurğulayıb.
Günəş Fərəh
Den.az
“ABŞ Hindistanla mülki nüvə tərəfdaşlığı qarşısında mövcud olan maneələri aradan qaldıracaq” - Saalivan

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.