Avstraliyanın Sidney şəhərinin sakini evinin arxa həyətində 102 zəhərli ilanın olduğu yuva aşkarlayıb.
Den.az "9News"a istinadla xəbər verir ki, gördüyündən məəttəl qalan kişi ilanları tutmaqla məşğul olan "Reptile Relocation" şirkətinə müraciət edib.
İlanlar yuvalarını tökülmüş yarpaqların üzərində qurduğuna görə, onlardan biri ev sahibinin itini dişləyənə qədər diqqət çəkməyib.
Şirkətin mütəxəssisləri üç saat ərzində 102 aspid ilanını tutublar. Bunlar yalnız Avstraliyada yaşayan zəhərli ilanlardır və uzunluqları iki metrə qədər çatır. Bu növün nümayəndələri adətən aqressiv olmurlar və insanlarla qarşılaşmaqdan qaçırlar.
Tutulan ilanların hamısı təbiətə buraxılacaq.
Həyətində 102 zəhərli ilan tapan kişi gözlərinə inanmadı-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.