ABŞ Prezidenti Donald Tramp 2025-ci il fevralın 13-dən “qarşılıqlı tariflər” tətbiq edəcəyini açıqlayıb.
Den.az xəbər verir ki, bu baradə ABŞ lideri özünün "Truth" sosial şəbəkə hesabında yazıb.
"Üç gözəl həftə keçdi, bəlkə də tarixin ən yaxşısı, amma bu gün daha böyükdür: qarşılıqlı tariflər! Amerikanı yenidən möhtəşəm edək!"- deyə ABŞ lideri qeyd edib.
Xatırladaq ki, fevralın ortalarında Amerika lideri gözlənilmədən sələfi Co Baydenin qərarını ləğv edərək Ukraynaya qarşı tariflər tətbiq edib. O, Ukraynadan polad məhsullarının idxalının ABŞ-ın milli təhlükəsizliyini təhdid etdiyini vurğulayıb.
Bundan əlavə, Donald Tramp Kanada, Meksika və Çinə daha yüksək tariflər tətbiq edib və Avropa İttifaqı ilə ticarət müharibəsini gücləndirməyi düşünür. Aİ cavab verib ki, ABŞ-ın daha yüksək tariflər tətbiq etməsinə eyni şəkildə cavab verməyə hazırdır. Bundan əlavə, Amerikanın yeni rəhbərliyi əsas təchizatçılar üçün rüsumsuz kvotaları ləğv edib.
Günəş Fərəh
Den.az
Tramp 2025-ci il fevralın 13-dən “qarşılıqlı tariflər” tətbiq edəcəyini açıqlayıb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.