ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması üçün müəyyən olunmuş müddətin bitəcəyi təqdirdə hansı tədbirlərin görüləcəyinə dair məlumat vermir.
Den.az xəbər verir ki, bu barədə “Quardian” nəşri yazıb.
Nəşr yazıb ki, ABŞ-ın razılıq əldə olunması üçün ayrılmış vaxta münasibətdə mövqeyini sərtləşdirməsinə baxmayaraq, bu müddətin gözardı edilməsinin nəticələri hələ də açıq qalır.
"Əsas sual açıq qalır: vaxt bitəndə Tramp əslində nə edəcək?" – deyə nəşrin müxbiri Yakub Krupa yazıb.
Qeyd edək ki, bundan öncə Tramp açıqlamasında Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı razılıq əldə olunması üçün özü tərəfindən müəyyən edilmiş vaxtı 10-12 günə endirəcəyini bildirib.