Fransanın keçmiş prezidenti Nikolya Sarkozi, 21 gün həbsxanada qaldığı müddətdə digər məhkumların onun həyatını “cəhnnəmə çevirdiyini” bildirib.
Sarkozi öz kitabında — “Məhbusun gündəliyi” — yazır ki, məhkumlardan biri kamera barmaqlıqlarına metal əşya ilə fasiləsiz zərbə vururdu və bu səs bir neçə dəqiqə davam edirdi.
“Mənə sonsuz göründü. Atmosfer təhdidedici idi. Cəhənnəmə xoş gəlmisiniz!” — deyə o yazır.
Bu sözləri Politico kitabdan sitat gətirərək yayıb.

