Denmedia.az xəbər verir ki, Fələstinin Al Aqsa telekanalının məlumatına görə, Qəzza zolağında İsrail ordusunun zərbəsi nəticəsində bir ailənin 11 üzvü həlak olub. Telekanalın xəbərində bildirilib ki, onlar Az-Zeytun rayonuna qayıdarkən təyyarə atəşi ilə avtomobilləri vurulub. Maşında üç qadın və yeddi uşaq olub, hamısı eyni ailənin üzvləri imiş.
Xatırladaq ki,16 oktyabr tarixində ABŞ Prezidenti Donald Tramp HAMAS hərəkatını əks hücumlara davam edəcəyi təqdirdə məhv etməklə hədələmişdi.