ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbələr Komandanlığı Minuteman III tipli qitələrarası ballistik raketin (nüvə başlıqsız) təlim məqsədli buraxılışını keçirib. Bu barədə Fox News jurnalisti Lukas Tomlinson sosial şəbəkə X-də məlumat verib.
Raket Kaliforniya ştatındakı Vandenberq bazasından buraxılıb və ABŞ Kosmik Qüvvələrinin nəzarəti altında həyata keçirilib.
“Raket Marşall adaları yaxınlığında okeana düşüb,” — deyə jurnalist qeyd edib.
30 oktyabrda ABŞ prezidenti Donald Tramp “digər nüvə dövlətlərinin fəaliyyətinə cavab olaraq” Pentaqona dərhal nüvə sınaqlarına başlamaq göstərişi verib. Qərar Rusiya prezidenti Vladimir Putinin “Burevestnik” raketinin sınağı ilə bağlı bəyanatından sonra qəbul olunub.
ABŞ 1992-ci ildən bəri real nüvə sınaqları keçirmir, yalnız kompüter modelləşdirməsi və nüvə partlayışı olmadan subkritik testlər aparır. 1996-cı ildə Vaşinqton Nüvə Sınaqlarının Qadağan Edilməsi haqqında Bütünəhatə Dəyişməz Müqaviləni (CTBT) imzalasa da, Konqres sənədi ratifikasiya etmədiyi üçün o, ABŞ üçün hüquqi qüvvəyə minməyib.

