29 
dek
2023
21:22
194

Hansısa dövlət nüvə sınağı keçirsə, bu, müqavilənin məhvinə gətirib çıxaracaq" - Dünyanı nə gözləyir?

29 dek, 2023
21:22
194

Hansısa dövlət nüvə sınağı keçirsə, bu, müqavilənin məhvinə gətirib çıxaracaq" - Dünyanı nə gözləyir?

“The New York Times” ABŞ kəşfiyyatının Çinin şimalındakı səhralıqda böyük şaxtalar inşa etdiyi haqda məqalə dərc edib. Vaşinqton bu qənaətə gəlib ki, Pekin həmin bölgədə nüvə sınağı keçirməyə hazırlaşır. Çünki, Çin 1964-cü ildə məhz həmin bölgədə ilk nüvə bombasını sınaqdan keçirib. Vaşinqton Çinin nüvə gücünü artırmasından narahatdır". 

Bu barədə "Den.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu fikir səsləndirib. O bildirib ki, Çin ilk olaraq Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilədən çıxmayacaq: "Çünki nüvə sınağının keçirilməsi həmin dövlətin müqavilənin şərtini pozması demək olacaq. 
Buna baxmayaraq, Çin nüvə silahlarının istehsalında ABŞ-dan geri qalmaq istəmir. Digər tərəfdən Çin nüvə istehsalını artırmaqla yanaşı onların gücünü yoxlamaq barədə də düşünə bilər. Vaşinqton yeni şaxtaların tikintisini məhz bununla əlaqələndirib. Şaxtalarda həyata keçirilən nüvə sınağı zərərli maddələrin ətrafa yayılmasının qarşısını alır. Bu arada, Rusiya və ABŞ-da öz ərazilərində nüvə poliqonları inşa edirlər. Çin bu çalışmalarını daha da genişləndirib. Əslində Pekin keçmiş illərdə dünyada nüvə silahlarının azaldılmasının tərəfdarı idi. Ancaq ABŞ Çinin bu istəyini qəbul etmədikdən sonra Pekin nüvə silahlarının artırılması siyasətinə üstünlük verib. Pekində hesab edirlər ki, yaxın illərdə Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləsindən çıxmaq istəyən dövlətlər ola bilər. ABŞ sonuncu nüvə sınağını 1992-ci ildə, Rusiya 1991-ci ildə, Çin isə müqaviləyə qoşulduğu 1996-cı ildə keçirib. ABŞ müqavilənin ratifikasiyasını uzatdığına görə Çin də müqaviləni ratifikasiya etməyə tələsmədi. 
Beynəlxalq aləmdə baş verən gərginliklər, o cümlədən Rusiya-ABŞ və Çin-ABŞ münasibətlərinin gərginliyi fonunda nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqavilə ətrafında polemikalar artıb. Hər hansı dövlət nüvə sınağı keçirərsə, bu, müqavilənin məhvinə gətirib çıxaracaq. Çünki bundaan sonra digər dövlətlər də nüvə sınaqlarına başlayacaqlar".

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar