ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarını dərhal bərpa etmək barədə bəyanatı əslində Rusiya lideri Vladimir Putinin diqqətini cəlb etmək cəhdi kimi qiymətləndirilir. DenMedia.az xəbər verir ki, bu barədə Helsingin Sanomat yazır.
Nəşrin fikrincə, Tramp “öz dövrünün məhsuludur”, buna görə də onun mesajı ilk növbədə Rusiyaya ünvanlanıb.
Məqalə müəllifi qeyd edir ki, əgər Tramp sözünün üstündə dursa və doğrudan da nüvə silahı ilə sınaqları nəzərdə tutursa, bu, tarixi miqyasda hadisə olacaq:
“Bu, soyuq müharibə dövründən sonrakı epoxanın tam bağlanması və yeni, qeyri-müəyyənliklə dolu bir mərhələyə keçid olacaq.”
30 oktyabrda Tramp Pentaqona nüvə sınaqlarına dərhal başlamağı tapşırıb. O, bu qərarı “digər nüvə dövlətlərinin fəaliyyətləri” ilə əsaslandırıb.
Qərar Rusiya prezidenti Vladimir Putinin nüvə enerjili “Burevestnik” qanadlı raketinin sınaqları barədə bəyanatlarının fonunda qəbul edilib.
Qeyd edək ki, ABŞ-da isə belə sınaqlar 1992-ci ildən bəri aparılmır.

 
        
         
                     
                     
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                