DenMedia.az xəbər verir ki, Macarıstan Rusiya enerji daşıyıcılarının idxalını bloklayan ABŞ sanksiyalarından tamamilə azad edilib. Bu qərar baş nazir Viktor Orbanla ABŞ prezidenti Donald Tramp arasında aparılan danışıqların nəticəsi olub.
“Macarıstan ‘Türk axını’ vasitəsilə qaz və ‘Drujba’ kəməri ilə neft tədarükünə tətbiq edilən sanksiyalardan tam azad ediləcək,” — məlumatda qeyd olunur.

