ABŞ prezidenti Donald Tramp sabiq Nümayəndələr Palatasının spikeri Nensi Pelosini “siyasi fırıldaqçı” adlandırıb və onu birja əməliyyatlarından qanunsuz qazanc əldə etməkdə ittiham edib.
Denmedia.az xəbər verir ki, Tramp Truth Social platformasında yazıb:
“Nensi Pelosi — qoca və məhv olmuş siyasi fırıldaqçıdır. O, mənə iki dəfə impiçment elan etdi və hər ikisində də uduzdu. Nəhayət, "gedir". O, fond bazarında qanunsuz şəkildə varlandı, Amerika xalqını soydu və ölkə üçün bir fəlakətə çevrildi. Nensi Pelosinin bu qoxusunun nəhayət çəkildiyini görmək xoşdur!!!”

