ABŞ Prezidenti Donald Tramp özünün ticarət tariflərinə qarşı çıxanların hamısını axmaq adlandırıb və xəzinəyə daxil olduğu iddia edilən trilyonların 2000 dollarını hər bir amerikalıya (zənginlərdən başqa) verəcəyini vəd edib.
DenMedia.az xəbər verir ki, Tramp bu barədə sosial media hesabında məlumat paylaşıb.
O, həmçinin rekord investisiyalar, ölkə daxilində tikilən fabriklər və ən yüksək pensiya yığımları ilə öyünüb.
“Hər kəsə ən azı 2000 dollar dividend (yüksək gəlirlilər daxil deyil) ödəniləcək”, – deyə prezident yekunlaşdırıb.(Globalinfo.az)

