ABŞ prezidenti Donald Tramp 12 noyabr axşamı hökumətin fəaliyyətinin bərpasına dair sənədi imzalayacaq.
Denmedia.az xəbər verir ki, bu barədə məlumat onun rəsmi qrafikində yer alıb.
“21:45-də prezident Senatın H.R. 5371 — "Maliyyələşmənin davam etdirilməsi haqqında"qanun layihəsinə əlavəsini imzalayır.”
1 oktyabrda ABŞ hökumətinin işi dayandırılıb. Səbəb Senatın 14 cəhdə baxmayaraq büdcə layihəsini qəbul edə bilməməsi və səhiyyənin maliyyələşdirilməsi ilə bağlı demokratlar və respublikaçılar arasında kəskin fikir ayrılıqları olub. Bu, ABŞ tarixində 22-ci, Tramp dövründə isə 4-cü şatdaundur.
9 noyabrda məlum olub ki, Senatdakı demokratlar hökumətin fəaliyyətini bərpa edən qanun layihələri paketinə respublikaçılarla birlikdə səs verməyə hazırdırlar. Məlumata görə, bu dəstək aşağıdakı siyasi şərt müqabilində əldə edilib:
“Səhiyyə üzrə Müdafiə və Əlçatan Tibbi Xidmət Qanunu (ACA) və federal qulluqçuların kütləvi ixtisarı ilə bağlı səsvermənin keçirilməsi.”

