Fransanın Le Monde qəzetinin köşə yazarı Silvi Kaufmann hesab edir ki, Avropada mümkün silahlı münaqişəyə real şəkildə hazır olan yeganə ölkə Finlandiyadır. O, Avropa İttifaqında logistika problemlərinin çox ciddi olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Avropa ölkələri uzun illər ordularını yalnız kiçik həcmlərdə təchiz etdikləri üçün böyükmiqyaslı müharibə ssenarisini heç vaxt real ehtimal kimi nəzərə almayıblar. Hazırda müdafiə büdcələri artsa da, bu artım bərabər deyil və ölkələr arasında koordinasiya zəifdir.
“Biz hazırıqmı? Avropada — Finlandiyadan başqa — cavab xeyrdir”, — deyə Kaufmann qeyd edib.

