Ukrayna tərəfi bildirir ki, Rusiya tərəfindən “Ukrayna hərbçilərinə aid olduğu iddia edilən” 1 000 cəsəd geri qaytarılıb.
DenMedia.az xəbər verir ki, bu barədə Ukraynanın Hərbi əsirlərlə iş üzrə Koordinasiya Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, cəsədlərin kimliyinin müəyyən edilməsi üçün zəruri ekspertizalar yaxın vaxtlarda keçiriləcək.
Rusiya Dövlət Dumasının hərbi əməliyyatla bağlı koordinatoru Şamsayıl Saraliyev açıqlama verib:
«Ukrayna tərəfi qarşılıq olaraq 30 cəsəd təhvil verib».

