Ukraynanın Hərbi əsirlər üzrə Koordinasiya Qərargahı bildirib ki, Rusiya tərəfi 1000 ukraynalı hərbçinin cəsədini təhvil verib. Məlumata görə, yaxın zamanda ekspertiza və identifikasiya prosesi aparılacaq.
Rusiya parlamentinin hərbi əməliyyatlar üzrə koordinatoru Şamsail Saraliyev isə təsdiqləyib ki, Rusiya 31 hərbçinin qalıqlarını geri alıb.
“Mübadilə 31-ə qarşı 1000 nisbətində baş tutdu. Rusiyaya 31 hərbçinin meyiti qaytarıldı,” — deyə Saraliyev bildirib.
Bu, müharibə ərzində ən qeyri-bərabər meyit mübadilələrindən biri kimi qeyd olunur və həm humanitar, həm də siyasi baxımdan çox güclü rezonans doğurub.