Televiziya aparıcısı Vladimir Pozner bildirib ki, neyroşəbəkələr heç vaxt real jurnalistləri əvəz edə bilməz, çünki peşəkar jurnalistikanın əsasında şəxsi mövqe, düşüncə və analiz dayanır. Onun sözlərinə görə, burada əsas məsələ məşhurluq deyil, peşəkarlıqdır.
Pozner deyib ki, aparıcıları əvəzləmək mümkündür — çünki onlara əvvəlcədən nə deməli olduqları yazılır və İİ də bunu problemsiz icra edə bilər. Amma əgər söhbət fikrini sərbəst ifadə edən, düşüncə yaradan jurnalistdən gedirsə, heç bir süni intellekt bax, bu səviyyəni tuta bilməz.
O əlavə edib ki, peşəkarlar zamanla dəyişməli, yeni bacarıqlar öyrənməli və rəqabətə davamlı qalmalıdırlar.

