Tanınmış rusiyalı politoloq, “Rusiya qlobal məsələlərdə” jurnalının baş redaktoru Fyodor Lukyanov Avropa ilə mümkün müharibə ssenarilərindən danışıb.
DenMedia.az xəbər verir ki, o, “Komsomolskaya Pravda” radiosuna açıqlamasında gələcək risklərin heç də istisna olunmadığını bildirib.
Onun fikrincə, bəzi Avropa ölkələri öz hərbi imkanlarını nümayiş etdirmək üçün Rusiya gəmilərinin qarşısını almağa cəhd göstərə bilərlər:
“Belə bir müharibə olduqca faciəvi ola bilər. Çünki bir neçə böyük gücün toqquşması, xeyli sayda insan tələfatına və böyük resurs itkisinə səbəb ola bilər”.
Lukyanov həmçinin Kalininqradın mümkün ticarət blokadasının Moskva üçün müharibə elan etməyə formal əsas yarada biləcəyini vurğulayıb.
Politoloqun diqqət çəkdiyi əsas məqam ABŞ-ın belə bir ssenaridə hansı mövqe tutacağıdır. O bildirib ki, bir neçə il əvvəl Vaşinqtonun Avropanın yanında duracağına dair şübhə olmasa da, hazırkı şəraitdə bu inam əvvəlki qədər güclü deyil.(Globalinfo.az)

