Denmedia.az xəbər verir ki, Fransa ordusunun qərargah rəisi Pierre Şill RTL radiostansiyasına müsahibəsində bildirib ki, Avropa “qaçılmaz” müharibəyə hazırlaşmalıdır, çünki o, “sabah səhər başlaya bilər.”
“Müharibəyə doğru addım atmaq qaçılmaz deyil… Hər şey dəyişə bilər, hətta bu səhər,” — deyə o vurğulayıb.
Şill Fransa və bütövlükdə Avropanı “getdikcə daha ciddi və radikal xarakter alan təhlükələrə hazırlaşmağa” çağırıb.
Onun sözlərinə görə, dünya bu gün qüvvə tətbiqinin bəzi böyük dövlətlər üçün yenidən “normal” sayıldığı bir mərhələyə daxil olub.
“Beynəlxalq münasibətlərdə imperiyaların qayıdışı müşahidə olunur.
İmperiya ilə qarşı-qarşıya gələndə, ya vassalsan, ya da düşmən,” — deyə general fikrini yekunlaşdırıb.