Macarıstanın Baş naziri Viktor Orban İstanbulda səfərdədir.
DenMedia.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial şəbəkə X-də yazıb.
Nazir bildirib ki, yüksək qonaq 8 dekabr tarixində iki ölkə arasında keçiriləcək Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.
“Macarıstanla aramızda qədim dostluq bağları mövcuddur və bu iclas strateji tərəfdaşlığımızın güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir”, — deyə Uraloğlu qeyd edib.

