Windows 10 üçün buraxılan əlavə yeniləmələrin ilk paketi əməliyyat sisteminin işində problemlərə səbəb olub.
Bu barədə Windows Latest nəşri məlumat yayıb.
Dekabr ayında yayımlanan KB5071546 yeniləməsi MSMQ (Message Queuing) xidmətinin işini pozub. İstifadəçilər “Əməliyyatı yerinə yetirmək üçün kifayət qədər resurs yoxdur” xətası ilə üzləşdiklərini bildiriblər.
Microsoft şirkəti problemdən xəbərdar olduqlarını açıqlayıb və nasazlığın aradan qaldırılacağına söz verib. Nəşrin jurnalistləri isə müvəqqəti çıxış yolu kimi əməliyyat sistemi yeniləməsinin silinməsini tövsiyə ediblər.

