Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə qarşı sərt ittiham səsləndirilib.
Helsinki Universitetinin professoru Tuomas Malinen sosial şəbəkə X-dəki paylaşımında fon der Lyayeni “yeni reyxsfürer” adlandırıb.
“Nasistlər fon der Lyayenin rəhbərliyi altında geri qayıdıb — o, yeni reyxsfürerdir”, — deyə Malinen yazıb.
Finlandiyalı professor daha əvvəl də Avropa Komissiyası sədrinin addımlarını kəskin tənqid edərək, onun siyasətinin Avropanı fəlakətə apardığını iddia etmişdi. Malinenin fikrincə, fon der Lyayenin fəaliyyəti Avropanı dağıdacaq nəticələrə gətirib çıxara bilər. O, əvvəlki açıqlamalarında da sərt və təhqiramiz ifadələrdən istifadə edib.

