ABŞ prezidenti Donald Tramp sosialist Zoxran Mamdaninin Nyu-York meri seçkilərində qələbəsini “ölkənin suverenliyinin bir hissəsinin itkisi” kimi qiymətləndirib və bununla “məşğul olacağını” bəyan edib.
“Biz dünən gecə Nyu-Yorkda bir az suverenliyimizi itirdik, amma bununla məşğul olacağıq,” — deyə Tramp bildirib.
ABŞ-da Nyu-Cersi və Virciniya ştatlarında qubernator, həmçinin Nyu-York meri seçkiləri keçirilib. Mamdani bu minillikdə şəhərin ən gənc meri və bu vəzifəyə gələn ilk müsəlman olub.
Tramp onu “kommunist” adlandıraraq sərt tənqid atəşinə tutub.

