ABŞ Prezidenti Donald Trump Vaşinqtonun Ukraynaya yatırdığı vəsaitlərin Kiyevlə mineral resurslar üzrə bağlanan saziş hesabına geri qaytarılacağına inandığını bildirib. O, bu barədə Floridadan Vaşinqtona qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.
Məlumat Ağ Ev tərəfindən canlı yayımlanıb, DenMedia.az xəbər verir.
“Mən bunun böyük bir hissəsini geri qaytardım, çünki nadir torpaq elementləri ilə bağlı saziş bağladıq. Bu pulların böyük hissəsini, bəlkə də hamısını, hətta ola bilsin hamısından da çoxunu geri alacağıq”, — deyə Tramp qeyd edib.
Qeyd edək ki, iki gün əvvəl Tramp mətbuat konfransında ABŞ-ın Ukrayna münaqişəsində pul itirmədiyini, əksinə qazanc əldə etdiyini bildirib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar NATO-ya böyük həcmdə sursat tədarük edir və alyans bu tədarüklər üçün ödəniş edir.

