yaranacağı təqdirdə silahlı mübarizəyə qayıtmağa hazır olduğunu bildirib. O, bu barədə X sosial şəbəkəsində yazıb.
“Əgər xalqımın əhəmiyyətli hissəsinin sevdiyi və hörmət etdiyi prezidenti saxlasanız, xalqın yaquarını azadlığa buraxacaqsınız.
Hərbiçi olmasam da, müharibə və yeraltı mübarizə haqqında anlayışım var.
1989-cu ildə sülh sazişi imzalandıqdan sonra silaha əl vurmayacağıma and içmişdim, lakin vətən naminə bunu yenidən etməyə məcbur qala bilərəm.”
Petro bildirib ki, Kolumbiya silahlı qüvvələrinə ABŞ bayrağını Kolumbiya bayrağından üstün tutacaq istənilən komandanın dərhal vəzifədən azad edilməsi barədə göstəriş verilib.
Prezident kolumbiyalı xalqa etimadını ifadə edərək, ölkə rəhbərliyinin qanunsuz addımlardan qorunmasına çağırıb və bütün bələdiyyələrdə xalq nəzarətinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinə atəşin mülki şəxslərə deyil, işğalçılara açılması tapşırılıb.
Xatırladılır ki, 1980-ci illərdə Qustavo Petro şəhər partizan hərəkatı olan 19 Aprel Hərəkatınin fəaliyyətində iştirak edib.

