ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kellogg hesab edir ki, Ukraynada münaqişənin nizamlanması bu ilin yayının sonunadək mümkün ola bilər.
Onun RBK-Ukraynaya verdiyi açıqlamaya görə, tərəflər sülh danışıqlarının yekun mərhələsinə yaxınlaşır. Kellogg bildirib ki, proses müsbət istiqamətdə irəliləyir və real nəticə gözlənilir.
“Ukraynada sülh bərqərar ola bilər. Ümid edirəm ki, bu yay — Ukraynanın Müstəqillik Gününə, yəni 24 avqusta qədər bu torpaqlarda sülh olacaq”, — deyə o vurğulayıb, DenMedia.az xəbər verir.

