Ukraynada seçkilər və sülh sazişi üzrə referendum eyni vaxtda keçirilə bilər. Bu barədə ölkə prezidenti Volodimir Zelenski bildirib.
RBK-Ukrayna nəşrinin məlumatına görə, yekun qərar hələ qəbul olunmayıb.
Zelenskinin sözlərinə görə, sülh sazişinin ratifikasiyası parlamentdə müzakirə oluna və ya ümumukrayna referendumu vasitəsilə təsdiqlənə bilər. Eyni zamanda, ölkə rəhbərliyi seçkiləri referendumla paralel keçirmək variantını da nəzərdən keçirir.
“Ukrayna sazişi parlamentin ratifikasiyasına çıxara və ya ümumukrayna referendumu keçirə bilər. Həmçinin referendumla eyni vaxtda seçkilərin təşkili də mümkündür”, — deyə Zelenski vurğulayıb.

