İtaliyanın AntiDiplomatico nəşrinin məlumatına görə, Kremldə keçirilən görüş zamanı ABŞ prezidentinin xüsusi elçisi Steve Witkoff Rusiya prezidenti Vladimir Putinə Ağ Evin Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı dəyişmiş mövqeyini çatdırmış ola bilər. Jurnalistlər səfərin nə qədər qısa müddətdə təşkil olunmasına diqqət çəkiblər.
Nəşrdə qeyd olunur ki, analitiklər bunu ərazi məsələləri və Ukraynanın təhlükəsizlik təminatları ilə bağlı mübahisəli məqamları əhatə edən diplomatiyanın həlledici mərhələsi kimi qiymətləndirirlər.

