Ukrayna Prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib ki, Kiyev sülhə mane olmayacaq.
Bununla o, ABŞ Prezidenti Donald Trampın münaqişənin uzadılması ilə bağlı ittihamına kəskin reaksiya verib.
Bundan əvvəl Tramp bəyan etmişdi ki, Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması prosesi məhz Kiyevin mövqeyinə görə ləngiyir. Ağ Evin rəhbəri bu vəziyyəti birbaşa Zelenski və onun prinsipial mövqeyi ilə əlaqələndirib. O, həmçinin Rusiyanın razılaşmanın bağlanmasına daha çox hazır olduğuna əminliyini ifadə edib.

