Rusiya, ABŞ və Ukrayna arasında Ukrayna böhranının tənzimlənməsi ilə bağlı danışıqların yeni raundu bu gün çərşənbə axşamı Cenevrədə başlayacaq. Rusiya nümayəndə heyətinin tərkibində və müzakirə ediləcək mövzularda dəyişiklik edildiyi bildirilir.
Danışıqların başlama vaxtı açıqlanmayıb. Bundan əvvəlki iki raund — birincisi 23–24 yanvar tarixlərində Əbu-Dabidə, ikincisi isə həmin məkanda 4–5 fevralda keçirilmişdi. Hər iki görüş səhər saatlarında başlamış, qapalı formatda təşkil olunmuş və mətbuat üçün yekun bəyanat verilməmişdi.
BƏƏ-də keçirilən hər iki raundda Rusiya nümayəndə heyətinə İqor Kostyukov rəhbərlik edib. O, RF Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisidir və danışıqlar qrupunun üzvləri əsasən hərbçilərdən ibarət olub.

