Meksika Prezidenti Claudia Sheinbaum Qəzza üzrə yaradılan Sülh Şurasında iştirak etməyəcəklərini, lakin prosesi müşahidəçi statusunda izləyəcəklərini açıqlayıb.
Sheinbaum bildirib ki, Meksika Fələstini dövlət kimi tanıyır və Yaxın Şərqdə real sülh üçün həm İsrail, həm də Fələstinin prosesdə iştirakı vacibdir. Onun sözlərinə görə, toplantı bu formatda planlaşdırılmadığı üçün Meksika aktiv iştirak qərarı verməyib.
Prezident qeyd edib ki, ölkə toplantıya dəvət alıb və aktiv iştirak mümkün olmadığından, BMT yanında Meksikanın səfirinin müşahidəçi qismində qatılması barədə qərar qəbul edilib.

